İmsak:05:42 Öğle:12:45 İkindi:15:30 Akşam:18:32
☀ Bakü · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azerbaycan haber portalı
728×90 REKLAM
SON DAKİKA
✎ Köşe Yazıları

Ülvi Salmanov: “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Açılışı Azərbaycanın Enerji Potensialını Gücləndirir

Ulvi Salmanov
YAP Abşeron bölge teşkilatının başkan yardımcısı
📅 12.01.2026 👁 197
Ülvi Salmanov: “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Açılışı Azərbaycanın Enerji Potensialını Gücləndirir

Müstəqil Azərbaycan zəngin təbii sərvətlərə və davamlı iqtisadi potensiala malik olmaqla yanaşı, enerji sahəsində regionun lider ölkələrindən biridir. Ölkəmizin enerji siyasəti həm daxili tələbatı qarşılayır, həm də beynəlxalq əməkdaşlıq və regional sabitliyə xidmət edir. Bu baxımdan, ölkəmizin həyata keçirdiyi enerji layihələri strateji əhəmiyyət daşıyır və Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu möhkəmləndirir.

Yanvarın 8-də Bakıda “Gülüstan” sarayında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib. 240 meqavat gücündə stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə artıracaq və Abşeron iqtisadi rayonunda artan enerji tələbatını qarşılayacaq. Eyni zamanda, stansiya sənaye və qeyri-neft sektorunun inkişafına, regionda iqtisadi artımın sürətlənməsinə töhfə verəcək.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, enerji infrastrukturunun yenilənməsi və şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Xızı-Abşeron stansiyası paytaxt və ətraf ərazilərin elektrik təchizatında dayanıqlığı artıracaq, fasiləsiz enerji təmin edəcək və enerji itkilərini minimuma endirəcək. Layihə müasir texnologiyalar əsasında inşa olunub və ekoloji standartlara tam əməl olunaraq, ətraf mühitə təsir minimum səviyyədə saxlanılıb.

Son illər Azərbaycan həm ənənəvi enerji mənbələrini, həm də bərpaolunan enerji növlərini paralel şəkildə inkişaf etdirir. Ötən il Mingəçevirdə yeni elektrik stansiyası istifadəyə verilib, eyni zamanda 230 meqavat gücündə Günəş elektrik stansiyası fəaliyyətə başlayıb. İşğaldan azad edilmiş ərazilərdə üç yeni Günəş elektrik stansiyası inşa edilir və yaxın gələcəkdə Biləsuvarda, Neftçalada, Naxçıvanda yeni stansiyaların açılışı nəzərdə tutulub.

Bərpaolunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirir, ölkəni etibarlı enerji tərəfdaşı kimi beynəlxalq səviyyədə tanıdır və regionda dayanıqlı enerji təminatını təmin edir. Bu cür layihələr Azərbaycanın davamlı inkişaf strategiyasının tərkib hissəsidir və ölkənin gələcək iqtisadi və enerji potensialına güclü töhfə verir.

 

Ülvi Salmanov 

YAP Abşeron Rayon təşkilatının sədr müavini

 

✎ Ulvi Salmanov
Ulvi Salmanov
YAP Abşeron bölge teşkilatının başkan yardımcısı
Tüm yazılar
215×250 REKLAM
REKLAM