Sübh:05:42 Zöhr:12:45 Əsr:15:30 Məğrib:18:32
☀ Bakı · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azərbaycan xəbər portalı
728×90 REKLAM
SON DƏQİQƏ
Gündəm MANŞET

Örnək müəllim - Aygün Səfərli

📅 13.03.2026 00:20 ✎ Eray Güçlüer​ 👁 23 AZ TR
🔍 Mətn ölçüsü:
Örnək müəllim - Aygün Səfərli

Aygün Səfərli Sumqayıt şəhəri 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Aygün Səfərli təhsil sahəsində uzunillik fəaliyyəti ilə seçilən pedaqoqlardandır. O, müəllimlik fəaliyyətini şagirdlərin bilik və bacarıqlarının formalaşdırılmasına həsr etmiş, peşəsinə hər zaman məsuliyyət və fədakarlıqla yanaşmışdır. 20 illik müəllimlik təcrübəsinə malik olan Aygün Səfərli bu müddət ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərdə elmə marağın artırılması və müasir təlim metodlarının tətbiqi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Uzunmüddətli pedaqoji fəaliyyəti onun müəllimlik peşəsinə olan bağlılığını və peşəkarlığını əks etdirir. Pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi sahədə də fəallığı ilə seçilən pedaqoq 2022-ci ildə Ərazi Partiya Təşkilatının sədri seçilmişdir. Bu vəzifədə təşkilati işlərin səmərəli qurulması, ictimai təşəbbüslərin dəstəklənməsi və fəal vətəndaş mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərmişdir.

700×90 REKLAM

Əlaqəli Xəbərlər