Sübh:05:42 Zöhr:12:45 Əsr:15:30 Məğrib:18:32
☀ Bakı · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azərbaycan xəbər portalı
728×90 REKLAM
SON DƏQİQƏ
Gündəm MANŞET

Kalmıkya Dövlət Universitetində beynəlxalq konfrans keçirilib

📅 12.11.2025 21:07 ✎ Eray Güçlüer​ 👁 227 AZ TR
🔍 Mətn ölçüsü:
Kalmıkya Dövlət Universitetində beynəlxalq konfrans keçirilib
Bu gün Basan Qorodikov adına Kalmıkya Dövlət Universitetində universitetin yaranmasının 55 illik yubileyinə həsr olunmuş məzunlar üçün “Təhsil beynəlxalq aləmdə körpüdür” adlı beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda universitetin rektoru Salayev Badma, respublika rəsmiləri, universitet nümayəndələri və yerli və xarici tələbə, məzunlar iştirak edirdilər. Konfransda Azərbaycanı Namiq Muradov və Emin Əliyev təmsil ediblər. Konfransda açılış nitqi edən rektor Salayev universitetin keçdiyi 55 illik uzun bir yoldan keçdiyi haqqında konfrans iştirakçılarına məlumat verib. Daha sonra konfransda 50 seçilmiş xarici ölkələri təmsil edən məzunlar öz təhsil iş təcrübələri haqqında çıxışlar ediblər. Namiq Muradov öz çıxışında ölkəmiz haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin keçdiyi inkişaf yolundan qısa söz açıb. Təhsil müddəti zamanı qazandığı təhsil biliklərindən və praktiki təcrübələrdən söz açan Namiq Muradov təhsilin bir insanın həyatında necə önəmli olduğunu vurğulayıb. Xarici tələbələr üzrə şöbənin müdiri Anslem Xunday ali təhsil ocağının ictimai siyasi həyatında Namiq Muradovun gördüyü aktiv fəaliyyətə görə təhsil ocağı rəhbərliyi adından təşəkkür bildirib. Daha sonra tədbir ümumi fikir mübadiləsi əsasında davam edib.
700×90 REKLAM

Əlaqəli Xəbərlər