Prezident İlham Əliyevin Slovakiya səfəri strateji əməkdaşlıqda yeni mərhələ açır
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Slovakiya Prezidenti Peter Pellegrini ilə keçirilən görüşlər və mətbuata verilən birgə açıqlamalar qarşılıqlı əməkdaşlığın dinamik inkişafını və müəyyən edilən yeni hədəfləri ortaya qoyur.
Bu səfərin Slovakiya Prezidentinin dəvəti ilə həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir və dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin Slovakiyaya tarixdəki ilk rəsmi səfəri olması isə münasibətlərin strateji xarakterini daha da gücləndirir. Dövlət başçıları arasında həm geniş tərkibli, həm də təkbətək formada keçirilən görüşlər əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib və qarşıdakı mühüm məsələlər ətrafında geniş fikir mübadiləsinə imkan yaradıb.
700×90 REKLAM