Prezident İlham Əliyevin Bratislava bəyannaməsi Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələsidir
Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri zamanı Bratislavada mətbuata verdiyi açıqlama, Azərbaycan–Slovakiya münasibətlərinin strateji xarakterini və gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi sənəd xarakteri daşıyıb. Səfər, iki ölkə arasında siyasi dialoqun yeni səviyyəyə yüksəldiyini və qarşılıqlı etimadın daha da gücləndiyini göstərdi. Bəyannamədə siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğu vurğulandı. Enerji təhlükəsizliyi xüsusi diqqət mərkəzində oldu.
700×90 REKLAM