Sübh:05:42 Zöhr:12:45 Əsr:15:30 Məğrib:18:32
☀ Bakı · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azərbaycan xəbər portalı
728×90 REKLAM
SON DƏQİQƏ
Gündəm

37 il sonra məzun oldular | FOTO

📅 16.06.2025 16:48 ✎ Eray Güçlüer​ 👁 256 AZ TR
🔍 Mətn ölçüsü:
37 il sonra məzun oldular | FOTO
Bu gün Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə keçirilən “Son zəng” tədbirində 1987-1988-ci tədris ilində təhsil almış məzunlar da iştirak ediblər. Onlar 1988-ci ildə Qarabağda başlayan hadisələrlə bağlı keçirə bilmədikləri “Son zəng”i 37 il sonra qeyd ediblər. 1988-ci ilin məzunları səmaya sülh göyərçinləri buraxıblar. Məzunlar həmçinin birinci Qarabağ müharibəsində - 1992-ci ildə şəhid olan sinif yoldaşları Fərhad Atakişiyevin Ağcabədidəki məzarını ziyarət edərək qəbri üstə gül dəstələri düzüblər. Mərasimdə 37 il əvvəlki günlərdən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə və Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən şükranlıqla bəhs edilib.
700×90 REKLAM

Əlaqəli Xəbərlər