Sübh:05:42 Zöhr:12:45 Əsr:15:30 Məğrib:18:32
☀ Bakı · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azərbaycan xəbər portalı
728×90 REKLAM
SON DƏQİQƏ
Gündəm MANŞET

2026-cı il dövlət büdcəsi və büdcə zərfindəki qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib

📅 10.12.2025 21:42 ✎ Eray Güçlüer​ 👁 106 AZ TR
🔍 Mətn ölçüsü:
2026-cı il dövlət büdcəsi və büdcə zərfindəki qanun layihələri Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib
9 dekabrda Milli Məclisin payız sessiyasının növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyində 16 məsələnin olduğunu və ilk 6 məsələnin üçüncü oxunuşda təqdim olunacaq 2026-cı il dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil edilən digər qanun layihələri olduğunu bildirib. Birinci məsələnin "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi olduğunu qeyd edib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib. Yeni büdcə sənədinin əsas məzmununu və mahiyyətini ciddi büdcə konsolidasiyası, maliyyə davamlılığı və keyfiyyət dəyişikliklərinə keçidin təşkil etdiyini bildirib. 2026-cı il dövlət büdcəsi 38,6 milyard manat gəlir, 41,7 milyard manat xərc və 3,1 milyard manat kəsirlə, konsolidə edilmiş büdcə isə 44,9 milyard manat gəlir, 48,8 milyard manat xərc və 3,9 milyard manat kəsirlə tərtib edilib və bu büdcə üçüncü oxunuşda da eyni qalıb.
700×90 REKLAM

Əlaqəli Xəbərlər