Heydər Əliyev vəfatının 22-ci ildönümündə Heydər Əliyev Fen Liseyində anıldı
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi Dərnəyi və Heydər Əliyev Fen Liseyi Müdirliyi tərəfindən təşkil olunan proqramla Azərbaycanın milli lideri Heydər Əliyev vəfatının 22-ci ildönümündə anılıb.
Anım proqramı onun adını daşıyan Heydər Əliyev Fen Liseyinin konfrans zalında şagirdlərin sıx iştirakı ilə həyata keçirilib. Proqram müəllim Əli Əsgər Ova tərəfindən təşkil edilib. Aparıcılığını Batuhan Yılmazın etdiyi proqramda şagird Nursena Kurt Heydər Əliyevin həyatından bəhs edən təqdimatlar edib, Yiğit Yazkan isə Heydər Əliyev adına yazılmış bir şeiri səsləndirib.
700×90 REKLAM