Sübh:05:42 Zöhr:12:45 Əsr:15:30 Məğrib:18:32
☀ Bakı · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azərbaycan xəbər portalı
728×90 REKLAM
SON DƏQİQƏ
Gündəm MANŞET

Milli Məclis heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

📅 12.12.2025 14:11 ✎ Eray Güçlüer​ 👁 130 AZ TR
🔍 Mətn ölçüsü:
Milli Məclis heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Dekabrın 12-də Azərbaycan Milli Məclisinin heyəti Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Fəxri Xiyabanı ziyarət edib. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparat və İşlər İdarəsinin əməkdaşları abidə önünə gül dəstələri qoyublar. Heyət üzvləri müasir müstəqil Azərbaycanın banisi və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi qarşısında ehtiramla baş əyərək onun dövlətçilik mirasına dərin hörmətlərini ifadə ediblər.
700×90 REKLAM

Əlaqəli Xəbərlər