Sübh:05:42 Zöhr:12:45 Əsr:15:30 Məğrib:18:32
☀ Bakı · 18°C 16.07.2026
AZ TR
HABERLER.AZ Azərbaycan xəbər portalı
728×90 REKLAM
SON DƏQİQƏ
Gündəm

Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir

📅 18.06.2025 23:56 ✎ Eray Güçlüer​ 👁 289 AZ TR
🔍 Mətn ölçüsü:
Livan BMT-nin sülhməramlı missiyasının ölkədə qalmasını istəyir
Livan BMT-nin sülhməramlı missiyasının (UNIFIL) ölkədə fəaliyyətini davam etdirməsini istəyir. AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun BMT Baş katibinin sülh əməliyyatları üzrə müavini Jan-Pyer Lakrua ilə Beyrutda keçirdiyi görüşdə vurğulayıb. Livanın dövlət başçısı bildirib ki, ölkəsi 1701 saylı qətnamənin icrası çərçivəsində UNIFIL qüvvələrinin fəaliyyətini davam etdirməsini istəyir. Livan ordusu UNIFIL ilə əməkdaşlığı davam etdirəcək. Ordu ötən noyabrda əldə edilmiş razılaşmanı həyata keçirərək ölkənin cənubunda mövqelərini tutur. Görüşdə Livanın cənubunda sabitliyin qorunmasının vacibliyi vurğulanıb və UNIFIL-in burada rolu qeyd edilib. Öz növbəsində, Lakrua qeyd edib ki, UNIFIL mövcud çətin şərtlərə baxmayaraq, vəzifələrini yerinə yetirməyə davam edir.
700×90 REKLAM

Əlaqəli Xəbərlər